Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Tatlı kəndində səyyari görüşü keçirilmişdir.

25 fevral 2015 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Tatlı kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Tatlı   inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xəlilov Cavanşır kənd  barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Əliyev  Vidadi  Qoçəli oğlu çıxış edərək  Gəncə  çayından ayrılan  sel  arxının lildən təmizlənməsini xahiş etdi.
2. Məmmədova  Tacirə  Ənvər  qızı öz çıxışında  məktəbə istilik sisteminin quraşdırılmasını xahiş etdi.
3. Məmmədov  Amil   Kamil  oğlu mərkəzi  küçəyə  qum çınqıl  verilib  hamarlanması   təklifini irəli sürdü.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər