Şriftin ölçüsü :

Saytın rəngi :

24 fevral 2015 –ci ildə Samux rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin irsinin daha dərindən öyrənilməsi məqsədilə növbəti açıq dərs keçirildi.

24 fevral 2015 | 16:00

Samux   rayon  Heydər  Əliyev  Mərkəzinin  ,  Samux  rayon  Təhsil  Şöbəsi ilə  birgə  həyata  keçirdiyi   ümummilli  liderimiz  Heydər   Əliyevin   irsinin daha dərindən  öyrənilməsi  ilə  əlaqədar növbəti açıq dərs 24 fevral   2015 –ci il tarixində Samux   rayon  Heydər  Əliyev  Mərkəzində  təşkil  edilmişdir   Dərs prosesində əvvəlcədən  tərtib olunan qrafikə əsasən,  Ağasbəyli  və  Əhmədbəyli kənd  tam orta  məktəblərinin  ümumilikdə 42 nəfər 11–ci sinif şagirdləri iştirak etmişdir.
   Mühazirədən əvvəl  Heydər  Əliyev   Mərkəzinin    nümayəndəsi  İradə Məmmədova  müəllimləri  və  şagirdləri  Heydər  Əliyevin  həyat  və  fəaliyyətini  əks  etdirən  fotoşəkillərlə ətraflı  tanış  etdi . Daha  sonra dərs prosesi Samux rayon Təhsil şöbəsinin nümayəndəsi ,mühazirəçi Bədəlova Nərgiz “Ulu  öndər  Heydər   Əliyev  Müasir   Azərbaycanın   qurucusu   və  memarıdır”mövzusunda mühazirəsi ilə davam etdirildi.

Keçidlər