Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Heydər Əliyev Mərkəzində “Vətən məni çağırsa “adlı gənclərə vətənpərvərlik ruhunun aşılanması məqsədi ilə tədbir təşkil edildi.

20 fevral 2015 | 16:00

Samux rayon Heydər Əliyev Mərkəzi və Samux rayon Təhsil Şöbəsinin birgə  təşəbbüsü ilə Samux Rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 23 –cü ildönümünə həsr edilmiş “Vətən məni çağırsa “adlı gənclərə vətənpərvərlik ruhunun aşılanması məqsədi ilə tədbir təşkil edildi.Tədbirdə Samux rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova,Samux rayon Heydər Əliyev Mərkəzinin rəhbər və kollektivi,Samux rayon Təhsil Şöbəsinin nümayəndələri,eləcə də rayonun bütün ümümtəhsil məktəblərinin müəllim və yuxarı sinif şagirdləri iştirak edirdi.
   Tədbir faciə qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik yad edilməsi ilə başladı.Daha sonra Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə çıxış edərək ,xalqımıza qarşı törədilən bu faciənin tarixi haqqında iştirakçılara məlumat verdi və bildirdi ki,tədbirin keçirilməsində əsas məqsəd Xocalı həqiqətlərini şagirdlərin yaddaşına həkk etməkdən,gənclərə vətənpərvərlik ruhunu aşılamaqdan  ibarətdir.
    Samux rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İradə Məmmədova da  öz çıxışında  1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal etməsini,  azərbaycanlılara qarşı baş vermiş soyqırım olduğunu bir daha vurğuladı.
Tədbir “Dolu”filminin nümayişi ilə davam etdirildi.

Keçidlər