Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Heydər Əliyev Mərkəzində “Kitabxana Sizlərindi, Uşaqlar!” adlı uşaq hüquqları haqqında dəyirmi masa təşkil olundu.

19 fevral 2015 | 16:00

Samux rayon Heydər Əliyev Mərkəzi, Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Gənclər üçün Təhsil Mərkəzi Qərb Regional Nümayəndəliyinin birgə təşəbbüsü ilə Samux Rayon Heydər Əliyev Mərkəzində “Kitabxana Sizlərindi,Uşaqlar!”uşaq hüquqları haqqında dəyirmi masa təşkil olundu.Tədbirdə Samux rayon İcra Hakimiyyəti nümayəndəsi Elnaz Cəfərova , Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə və Mərkəzin kollektivi,Samux  rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Şəhla Abdullayeva və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları,rayonun müxtəlif ümumtəhsil məktəblərinin ədəbiyyat müəlimləri,şagirdlər, baxça müəllimləri və şagirdləri ,eləcə də və Gənclər üçün Təhsil Mərkəzi Qərb Regional Nümayəndəliyinin rəhbər və üzvləri iştirak edirdi.
   Tədbir uşaq hüquqlarının qorunması haqqında yeni nəşr edilmiş kitabların sərgisi ilə başladı.Daha sonra uşaqların hüquqları,vəzifələri,şagirdlərin kitablara və kitabxanalara olan marağı  mövzusunda müzakirələr aparıldı.Tədbirin sonunda istedadlı uşaq və gənclərin ifaları iştirakçılar tərəfindən böyük diqqət və maraqla qarşılandı.

Keçidlər