Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Ziyadlı kəndində səyyari görüşü keçirilmişdir.

18 fevral 2015 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Ziyadlı kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ziyadlı  inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Qurbanov Rövşən   kənd  barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Səlamov  Sahib  Ədil oğlu çıxış edərək  16 yaşayış  evinə  elektrik enerjisinin  verilməsi  üçün 5 ədəd  dayağın  quraşdırılmasını     xahiş etdi.
2. Babayev  İlqar  Seyidabbas oğlu öz çıxışında  yeni  bağça  binasının tikilməsini   xahiş etdi.
3. Səlmanov  Xasay  Rüstəm oğlu pay  torpaqlarının suvarılmasında  istifadə  olunan subartezianın  təmir edilməsi  təklifini irəli sürdü.
4. Əzimov  Vaqif  Məhərrəm oğlu isə yaşadığı küçədəki elektrik naqillərinin  dəyişdirilməsi təklifini irəli sürdü.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

 

Keçidlər