Şriftin ölçüsü :

Saytın rəngi :

13 fevral 2015 –ci ildə Samux rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin irsinin daha dərindən öyrənilməsi məqsədilə növbəti açıq dərs keçirildi.

14 fevral 2015 | 16:00

Samux   rayon  Heydər  Əliyev  Mərkəzinin  ,  Samux  rayon  Təhsil  Şöbəsi ilə  birgə  həyata  keçirdiyi   ümummilli  liderimiz  Heydər   Əliyevin   irsinin daha dərindən  öyrənilməsi  ilə  əlaqədar növbəti açıq dərs 13  fevral   2015 –ci il tarixində Samux   rayon  Heydər  Əliyev  Mərkəzində  təşkil  edilmişdir . Dərs prosesində əvvəlcədən  tərtib olunan qrafikə əsasən,  Ağasbəyli  və  Qarabağlılar kənd  tam orta  məktəblərinin  ümumilikdə 58 nəfər  11 –ci  sinif  şagirdləri iştirak  etmişdir.  
Mühazirədən əvvəl  Heydər  Əliyev   Mərkəzinin    nümayəndəsi  İradə Məmmədova  müəllimləri  və  şagirdləri  Heydər  Əliyevin  həyat  və  fəaliyyətini  əks  etdirən  fotoşəkillərlə ətraflı  tanış  etdi . Bugünkü dərs prosesində iştirak edən Samux rayon İcra Hakimiyyəti müavini Kəmalə Xəlilova Ümummilli Liderin həyat və fəaliyyəti haqqında fikirlərini şagirdlərlə bölüşdü. Daha  sonra Samux rayon Təhsil şöbəsinin nümayəndəsi ,mühazirəçi Bədəlova Nərgiz dərs prosesində “Ulu  öndər  Heydər   Əliyev  Müasir   Azərbaycanın   qurucusu   və   memarıdır” mövzusunda  mühazirə  etmişdir
Sonda Heydər Əliyev Mərkəzində məktəblilərə Ulu Öndərin zəngin irsini əks etdirən sənədli film nümayiş etdirildi.

Keçidlər