Samux rayonunda “Avropa oyunları hər kəs üçün” Turu keçirildi.
Məktəb şagirdlərini yayda keçiriləcək ilk Avropa oyunları haqqında məlumatlandırmaq və maarifləndirmək məqsədilə Bakı 2015 Avropa oyunları Azərbaycan məktəbləri arasında “Avropa oyunları hər kəs üçün”adlı ümummilli tur gerçəkləşdirir. Samux rayon Heydər Əliyev Mərkəzi,Samux Rayon Təhsil şöbəsi , Gənclər üçün Təhsil Mərkəzi Qərb Regional Nümayəndəliyinin yerli təşkilatçılığı ilə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən növbəti tur 12 Fevral 2015-ci il tarixində Samux rayon Heydər Əliyev Mərkəzində təşkil olundu.
Tədbirdə Samux rayon Heydər Əliyev Mərkəzinin,Samux rayon Təhsil Şöbəsinin nümayəndələri, Gənclər üçün Təhsil Mərkəzi Qərb Regional Nümayəndəliyinin üzvləri,Samux rayonunun bütün ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri də daxil olmaqla ümumilikdə 220 nəfər iştirak edirdi. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin bir qrup işçisindən ibarət komanda ölkənin rayonlarına səfər edərək bir sıra təqdimatlar ,mühazirələr və idman nümayişləri keçirirlər. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsini ümumilikdə 57 rayonda ,500-dən çox məktəbə səfər edib,14-17 yaş kateqoriyasını əhatə edən ölkə gəncləri arasında Azərbaycanda indiyədək keçiriləcək ən böyük idman yarışları barəsində ətraflı məlumatlandırmaq işi aparmaqla ,onları yarışlara həvəsləndirməyi planlaşdırır.
Gənclərimiz ilk dəfə olaraq dünya səviyyəli idman obyektlərində keçiriləcək elit idman yarışlarını izləmək imkanı əldə edəcəklər.