Samux rayonunun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün ümummilli lider Heydər Əliyevin irsinin daha dərindən öyrənilməsi məqsədilə keçilən açıq dərslər davam edir.
10 Fevral 2015-ci il tarixində Samux rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin irsinin daha dərindən öyrənilməsi məqsədilə növbəti açıq dərs keçirildi. Əvvəlcədən tərtib olunan qrafikə əsasən, Samux Rayon Heydər Əliyev Mərkəzində keçirilən növbəti Samux rayon Qarayeri qəsəbə I saylı tam orta məktəbin 60 nəfər şagirdi iştirak edib.
Samux Rayon Təhsil Şöbəsinin nümayəndəsi Bədəlova Nərgiz dərs prosesində ulu öndər Heydər Əliyevin öz xalqı qarşısındakı misilsiz xidmətləri, xüsusilə Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki gərgin fəaliyyəti barədə şagirdlərə geniş məlumat verib
Tədris prosesində şagirdləri maraqlandıran suallar da ətraflı cavablandırılıb.
Sonda Heydər Əliyev Mərkəzində məktəblilərə Ulu Öndərin irsi ilə bağlı sənədlər barədə də geniş məlumatlar verilmişdir.