Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda aparılan abadlıq-quruculuq işləri haqqında qısa Məlumat

17 oktyabr 2012 | 15:00

Samux rayonunda aparılan abadlıq-quruculuq işləri son 6 ay ərzində yeni mərhələyə qədəm qoymuş və daha geniş vüsət almışdır. Belə ki, Arif Nəbiyev küçəsində evlərin fasadlarına və hasarlara “aqlay” tavalardan təxminən 2600 kv.metr üzlük çəklimiş, A.Nəbiyev küçəsinin digər küçələrlə kəsişən hissələrində 150 kv.metr hörgü, 300 kv.m suvaq və rəngləmə işi aparılmışdır.
28 May küçəsində yolun hərəkət hissəsi genişləndirilmiş, ağaclar budanmış, yararsız çəpərlər sökülmüş, yolun sağ tərəfində 450 m uzunluğunda dekorativ hasar inşa edilmiş, evlərin fasadlarında və hasarlarda 2000 kv.m suvaq işləri aparılmış, küçədə 12 ədəd müasir tipli işıq dirəkləri quraşdırılmış, su arxı yenidən çəkilmiş və küçənin sağ tərəfində sakinlərin dincəlməsi üçün 250 kv. m sahədə istirahət guşəsi yaradılmışdır.
Samux şəhəri H.Əliyev prospektinin qərb tərəfində ayrı - ayrı hissələrdən ibarət bağlarda (skverlərdə) əsaslı yenidənqurma işləri aparılmışdır. Belə ki, əhalinin rahat istirahəti və gəzintisi üçün İcra Hakimiyyətinin keçmiş inzibati binasının, rayon Mədəniyyət evinin, rayon Kooperativlər Cəmiyyətinin binasının qarşısındakı ayrı - ayrı hissədən ibarət bağlar pilləkənlər vasitəsilə üzvi şəkildə birləşdirilmiş, orada dekorativ fəvvarələr quraşdırılmış, bulaq tikilmiş, piyadalar üçün salınmış cığırlara (səkilərə) dekorativ döşəmə tavaları döşənmiş, çəmən və dekorativ kol bitkiləri əkilmişdir.
Heydər Əliyev parkında da yenidənqurma işləri aparılmağa başlamışdır. Belə ki, parkda 2 ədəd uşaq əyləncə kompleksi quraşdırılaraq uşaqların istifadəsinə verilmişdir. Parkın baş girişində mövcud olan tağ sökülmüş və əvəzində müasir memarlıq tələblərinə cavab verən tağ və sütunlar quraşdırılmışdır. (hal - hazırda tikinti - quraşdırma işləri davam etdirilir). Ümumiyyətlə Heydər Əliyev parkında əsaslı yenidənqurma işlərinin ikinci mərhələsinin layihə sənədləri hazırlanmışdır. Layhə üzrə parkda “Heydər Əliyev Mərkəzi”nin tikintisi üçün münasib yer ayrılmışdır. Həmçinin parkda kafe, çay evinin və digər əhaliyə xidmət obyektlərinin quraşdırılması nəzərdə tutulur.
Gəncə - Samux avtomobil yolunun sağ tərəfində mövcud olan “Samux rayonuna giriş” kompleksində əsaslı yenidənqurma işləri aparılır.
Samux rayon Prokurorluğunun yeni inzibati binasında tamamlma işləri başa çatdırılmış hal-hazırda bina istismara verilmə ərəfəsindədir.

Samux rayon İcra
Hakimiyyətinin başçısı: Alı Qocayev

16.10.2012-ci il.

 

Keçidlər