Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı qadınlar şurası hesabat verdi.

06 fevral 2015 | 16:00

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı qadınlar şurasının 2014-cü ildə görülən işlər və 2015-ci ildə qarşıdı duran məsələlərə həsr edilmiş hesabatı keçirilib.Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatı qadınlar şurasının sədri Kəmalə Xəlilova respublikamızın və cəmiyyətin  yüksək inkişafında qadınların rolundan, ölkəmizdə dövlət qadın siyasətinin uğurla həyata keçirilməsindən , qadınların respublikada , eləcə də , rayonda gedən ictimai-siyasi , iqtisadi və mədəni proseslərdə fəal iştirakından bəhs etdi.
Sonra YAP Samux rayon təşkilatı qadınlar şurasının idarə heyətinin üzvlərindən Samux rayon Təhsil şöbəsinin metodisti Nərgiz Bədəlova  və Qarayeri qəsəbə uşaq bağçasının direktoru Mahirə Məmmədova, Samux şəhər 3 saylı orta məktəb ərazi ilk partiya təşkilatının sədri Nurlana Həsənova, Mərkəzi Kitabxana Sisteminin direktoru  Şəhla Abdullayeva və digərləri çıxış edərək , müasir Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət verməsindən, bu gün həmin ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ədalət,humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyətindən bəhs edərək  onun nəinki Azərbaycan, hətta dünya qadınları üçün örnək olmasını  diqqətə çatdırdılar.
Daha sonra YAP Samux rayon təşkilatının aparat rəhbəri və  qadınlar şurasının idarə heyətinin üzvü  Sevinc Xəlilova cıxış edərək  iştirakçıların nəzərinə çatdirdı ki, bu gün Samux rayon təşkilatının 57.2 %-ni, yəni 2883 nəfərini qadınlar təşkil edir.Bunların 1505  nəfəri ali, 442 nəfəri orta ixtisas təhsillidir. S.Xəlilova onu da qeyd etdi ki, ötən il YAP sıralarına daxil olanların  593 nəfərdən 345nəfərini qadınlar (yəni 58.2%)təşkil etmiş və onların da 183  nəfəri gənc qadınlardır. 2014-cü ildə YAP sıralarına daxil      olmuş qadınlarımızın  245 nəfəri dövlət qulluğunda, səhiyyədə, təhsil müəssisələrində,mədəniyyət və digər sahələrdə çalışırlar.
Tədbirin sonunda cari ildə görüləcək işlərlə bağlı müzakirələr aparıldı .

Keçidlər