Samux rayonunda əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
06 fevral 2015 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bütün Respublikada olduğu kimi Samux rayonunda da 3 fevral 2015-ci il tarixdən etibarən əhalinin tibbi müayinədən keçirilməsi aksiyası başlanılmışdır və hal-hazırda uğurla davam etdirilir. Belə ki, 05.02.2015-ci il tarixədək rayonun 3 yaşayış məntəqəsi üzrə 2126 nəfər əhali və 5 təşkilatın kollektivi tibbi müayinədən keçmişdir.
Bir daha rayonumuzun sakinlərini 3 fevral- 1 may 2015-ci il tarixlərində tibbi müayinədən keçməyə dəvət edirik.