Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Poylu kəndində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Poylu kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Poylu inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Ələkbərov Vidadi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Abdullayeva Akifə Aydın qızı çıxış edərək kəndə gələn su kanalının lildən təmizlənməsini xahiş etdi
2. Allahverdiyev Tahir Həmid oğlu kəndə təbii qazın verilməsini xahiş etdi.
3. Həsənov İsmayıl Namaz oğlu isə Poylu – Yenikənd yolunun cari təmiri təklifini irəli sürdü
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.