Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda qaçqınlara yeni tikilmiş yaşayış evləri verildi.

02 fevral 2015 | 16:00

Azərbaycan Respublikasının iqtisadi-siyasi gücü artdıqca dövlət bir vaxtlar ən ağır problem olan  qaçqın və məcburi köçkünlərin qayğıları ilə daha yüksək səviyyədə məşğul olmağa başlamışdır. Belə ki, əgər 2003-cü ilə qədər bu məsələdə xarici humanitar təşkilatların rolu daha böyük idisə, cənab prezident  İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan artıq qaçqın  və  məcburi köçkünlərin bütün problemlərini özü müstəqil həll edə bilən iqtisadi gücə malik bir ölkəyə çevrildi.
Prezident  İlham Əliyevin prezidentliyi dövründə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə dair bir Dövlət Proqramı və ona iki əlavə qəbul edilmiş, ümumilikdə 45 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 141 qərar və sərəncam, Milli Məclis isə 9 qanun qəbul etmişdir.Bunları əsas tutaraq Azərbaycan dövləti öz doğma torpaqlarını tərk etmiş 1 milyondan çox qaçqın və məcburi köçkünə daim diqqət, qayğı göstərir. Çadır şəhərcikləri ləğv olunmuş, məcburi köçkün və qaçqınlar üçün hər cürə şəraiti olan mənzillər, sosial-iaşə obyektləri, yüksək keyfiyyətli təhsil-tədris binaları tikilmişdir.
Qaçıqınların sosial  şəraitinin yaxşılaşdırılması istiqamətində Samux rayonunda da bir çox işlər görülmüşdür. Bu gün bu işlərin davamı olaraq Orta Asiya respublikalarından ölkəmizə pənah gətirmiş 26 qaçqın ailəsinə hər cür şəraitə malik olan,  yeni tiklimiş  yaşayış evləri paylanıldı. Bu 26 evdən 4 ədədi 4 otaqlı, 2 ədədi1 otaqlı, 8 ədədi 2 otaqlı və 12 ədədi isə 3 otaqlıdır. Samux rayonu üzrə evlərin 13 ədədi Əlibayramlı kəndində, 12 ədədi  Lək kəndində və 1 isə Çobanabdallı kəndində tikilmişdir.
Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Respublikamızda gedən sosial-iqtisadi inkişafdan söz açaraq ölkəmizdə qaçqınların sosial mənzil şəraitinin yaxşılaşdırılmasının daima diqqət mərkəzində olduğunu vurğuladı.
Daha sonra qaçqınlar adından çıxış edən İsmayılov Oğuzbəy və Osmanov Murtuz onlara göstərilən diqqət və qayğıdan məmmunluq ifadə edərək  ölkə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Tədbirdən sonra iştirakçılar təzə tikilmiş evlərə baxış keçirtdilər.

Keçidlər