Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “2 Fevral Gənclər gününə” həsr edilmiş “Müasir gəncliyin gözündə mədəniyyət məhfumu” adlı tədbir keçirilmişdir.

30 yanvar 2015 | 16:00

30 Yanvar 2015-ci il ltarixində Samux Rayon Heydər Əliyev Mərkəzinin və Samux Rayon Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü ,Samux Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 2 Fevral Gənclər gününə həsr edilmiş “Müasir gəncliyin gözündə mədəniyyət məhfumu” adlı tədbir həyat keçirildi. Samux rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Samux rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova , Samux rayon Heydər Əliyev Mərkəzinin Samux rayon Mədəniyyət Mərkəzinin rəhbər və kollektivləri,Samux rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eynur Fərmanlı, rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, eləcə də müxtəlif idarə və müəssisə nümayəndələri iştirak edirdi.
  Tədbiri giriş sözü ilə Samux Rayon İcra Hakimiyyəti Başçısı müavini Kəmalə Xəlilova açaraq, bu gün münasibəti ilə bütün gəncləri təbrik etdi.Daha sonra çıxış edənlər-Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə, Samux rayon Mədəniyyət Mərkəzinin müdiri Şəlalə Tağıyeva və Samux Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eynur Fərmanlı öz çıxışlarında bu mötəbər günün tarixinə nəzər saldılar.Vurğulandı ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün də cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
  Tədbir rayon gənclərinin “Müasir gəncliyin gözündə mədəniyyət məhfumu”, “Ailə mədəniyyəti”, ”Nitq mədəniyyəti” mövzularında müzakirələri ilə davam etdirildi.

Keçidlər