Samux rayonunda voleybol üzrə gənclər arasında rayon birinciliyi keçirilmişdir.
31 yanvar 2015 | 16:00
Samux rayonunda “02 Fevral-Gənclər gününə” həsr edilmiş Samux şəhər 2 saylı tam orta məktəbin idman zalında voleybol üzrə gənclər arasında rayon birinciliyi keçirilmişdir. Birincilikdə 8 komanda öz güclərini sınamışılar. Rayon İcra hakimiyyətinin Başçısı cənab Alı Qocayev də keçirilən birincilikdə iştirak etmişdir. Birinci yerə şəhər 2 saylı tam orta məktəb, ikinci yerə Ziyadlı kənd tam orta məktəb, üçüncü yerə isə Qarayeri 1 saylı məktəb liseyin komandası layiq görülmüşdür. Qalib komandalar A.Qocayev tərəfindən kubok, diplom və hədiyyələr ilə mükafatlandırmışdır.