Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Sarıqamış kəndində səyyari görüşü keçirilmişdir.

29 yanvar 2015 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Sarıqamış kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.

Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.

Əvvəlcə Sarıqamış inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Əliyev Təhmasib kənd  barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.

Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:

1. Quliyev  Müşfiq Mikayıl oğlu çıxış edərək 1 ədəd  subartezian quyusunun vurulmasını xahiş etdi
2 Quliyev  Məhərrəm  Qərib  oğlu məktəbdə əlavə korpusun  tikilməsini xahiş etdi.
3. Abbasov  Elxan  Rəşid  oğlu isə  kəndin   mərkəzi yolunun 1 km hissəsinin  asfaltlaşdırılması təklifini irəli sürdü

Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər