Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Qarayeri qəsəbə İƏD üzrə nümayəndəsinin hesabat yığıncağı keçirildi

28 yanvar 2015 | 16:00

Bu gün Samux Rayon Qarayeri qəsəbə İƏD üzrə nümayəndəsinin qəsəbə klubunda 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrinə dair hesabat yığıncağı keçirildi. Tədbirdə Samux  rayonu İcra hakimiyyəti başçısı cənab Alı Qocayev, RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və qəsəbə  ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Samux Rayon Qarayeri qəsəbə İƏD üzrə nümayəndəsi Yusifov Məftun hesabat məruzəsi ilə çıxış edərək  2014-cü ildə qəsəbədə  görülmüş bir sıra işlərdən danışdı. Qeyd olundu ki, ötən il ərzində qəsəbə  sakinlərinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması istiqamətində tədbirlər görülmüş, qəsəbə ərazisində mütəmadi abadlıq və təmizlik işləri aparılmış, qəsəbə daxili yollarda cari təmir işləri görülmüşdür. Qeyd edilmişdir ki, rayon İcra hakimiyyəti başçısının şəxsi təşəbbüsü və diqqəti nəticəsində Samux Rayon Qarayeri qəsəbə 1 saylı və 2 saylı uşaq bağçalarının yeni binası istilik sistemi ilə təmin edilmişdir. Əhalinin suvarma və içməli su ehtiyacının ödənilməsi üçün subartezian quyularının işlək vəziyyətdə olması təmin edilmişdir. Qəsəbədə xəstəxanada, mədəniyyət müəssisələrində və poçt xidməti sahəsində qəsəbə sakinlərinə göstərilən xidmət diqqət mərkəzində saxlanılmışdır.

Samux  rayonu İcra hakimiyyətinin başçısı cənab Alı Qocayev çıxış edərək 2014-cü ildə Samux  rayonunun sosial-iqtisadi inkişafının nəticələri ilə bağlı qısa məlumat verdi və həyata keçirilmiş layihələrdən danışdı. Qeyd olundu ki, ötən il rayon üçün uğurlu il olmuş və qarşıya qoyulmuş vəzifələrin icrasına nail olunmuşdur.

Çıxış edən qəsəbə  sakinləri rayonda, o cümlədən qəsəbədə  görülmüş işlərlə bağlı öz razılıqlarını qeyd etdilər. Eyni zamanda Samux  rayonuna göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

2014-cü ildə qəsəbə  İcra nümayəndəsinin fəaliyyətinin qənaətbəxş qiymətləndirilməsi qərara alındı.

Keçidlər