Samux rayon İcra Hakimiyyəti Başçısının Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrinə dair hesabatı keçirilmişdir.
Memarı və qurucusu ümummilli liderimiz, Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikasında, ulu öndərin başladığı sosial-iqtisadi islahatların möhtərəm Prezidentimiz, cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq, uğurla davam etdirilməsinin məntiqi nəticəsidir ki, bu gün ölkəmizdə sürətli inkişafa nail olunmuşdur. Bu baxımdan yeni yola saldığımız 2014-cü il də çox uğurlu il olmuşdur. 2014-cü ildə Azərbycan öz beynəlxalq mövqelərini daha da möhkəmləndirmiş, böyük iqtisadi inkişafa nail ola bilmişdir. Ölkəmiz bütün şəhər və kəndlərində sürətli inkişaf gedir.
Samux şəhərində 2654 təsərrüfatda 9921 nəfərə yaxın əhali yaşayır, o cümlədən məcburi köçkün ailələrində 367 nəfər yaşayır və 216 nəfər müvəqqəti qeydiyyatdadır.
Şəhər İnzibati Ərazi Dairəsi 3386 hektar torpaq sahəsini əhatə edir ki, onun da 648 hektarı bələdiyyə, 195 hektarı dövlət və 2542 hektarı isə xüsusi mülkiyyətdədir. Şəhərin əhalisi 9921 nəfər təşkil edir ki, onlardan da 5450 nəfəri əmək qabiliyyətlidir. Əmək qabiliyyətli əhalinin təxminən 1200 nəfəri dövlət müəssisələrində, sosial obyektlərdə, təhsil, səhiyyə, mədəniyyət sahələrində, 280 nəfəri ticarət və ictimai iaşə sahələrində, qalan hissəsi isə fərdi təsərrüfatlarda çalışır.
Nümayəndəlik Kommunal Təsərrüfatı İstehsalat Birliyi idarəsi ilə birlikdə şəhər daxilində və ətrafında daimi olaraq təmizlik abadlıq işləri aparır.
2014-cü ildə şəhər əhalisinə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, sakinlərin elektrik enerjisinə, təbii qaza və içməli suya olan tələbatının lazımi səviyyədə ödənilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Əhali maye qazdan, elektrik enerjisindən və telefon xidmətindən fasiləsiz olaraq 24 saat istifadə edir. Elektrik enerjisindən istifadə edən abonentlərin sayı 2167 olmuş və il ərzində 37 ailəyə yeni elektrik xətti çəkilmişdir. Qazdan istifadə edən abonentlərin sayı 2152 olmuş və il ərzində 78 ailəyə yeni qaz xətti çəkilmişdir. Şəhər ərazisində 1650 ailəyə telefon xətti, 449 ailəyə isə sürətli internet xidməti göstərilir. TKQ tərəfindən yeni yaşayış massivlərinə xətlər çəkilərək 35 ailəyə telefon çəkilmişdir.
Şəhər icra nümayəndəliyi QİS, PEŞ və Su Kanal İdarəsi ilə daimi əlaqə saxlayaraq kommunal xidmət haqlarının yığılmasında fəallıq göstərərək, yığım faizinin yüksək olması üçün köməklik göstərmişdir.
Nümayəndəliyin ərazisində 3 orta məktəb, 4 uşaq baxçası var. Il ərzində nümayəndəliyin işçiləri məktəblər və uşaq bağçaları ilə daim əlaqə saxlamış, bu təşkilatlara kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına nail olmuşlar. Bundan əlavə nümayəndəlik ərazisində 2 mədəniyyət evi, Mərkəzi kitabxana sistemi və 1 kitabxana, Mərkəzi rayon xəstəxanası, Feldşer Mama Məntəqəsi, 1 Uşaq gənclər İdman məktəbi, 1 Uşaq Musiqi məktəbi, Uşaq yaradıcılıq məktəbi, 1 şahmat məktəbi vardır. Eyni zamanda şəhər əhalisinə ictimai iaşə obyektləri, 4 şadlıq sarayı, 2 aptek, onlarla ticarət obyekti xidmət göstərir.
Hesabat ilində 1, 3 və 4 saylı uşaq baxçalarında cari təmir işləri görülmüş, 4 saylı uşaq baxçasında istilik sistemi təmir edilmişdir. Il ərzində baxçaların ərzaq təminatında ciddi dönüş yaradılmış, bunun nəticəsində uşaqların davamiyyəti yüksək olmuşdur. Rayon Mərkəzi Mədəniyyət və şəhər mədəniyyət evlərində cari təmir işləri yerinə yetirilmişdir. Hesabat ilində həmçinin 2 yeni uşaq baxçası tikilərək, istifadəyə tam hazır hala gətirilmişdir.
Şəhər ərazisində fəaliyyət göstərən 3 tam orta məktəbin qızdırılması mərkəzləşdirilmiş qazanxana sistemi vasitəsilə həyata keçirilir. Il ərzində məktəblərə daim nəzarət olunmuş, qarşıya çıxan çatışmamazlıqlar aradan qaldırılmış, məktəblərdə istilik normal olmuşdur. Şəhərdəki, 2 saylı uşaq baxçasının yenidən qurulmasına ehtiyac vardır.
Mehdi Hüseynzadə, Arif Qasımov, Həzi Aslanov və Tofiq İsmayılov küçələrində yolların kənarına beton arxlar çəkilmiş, yollara asfalt döşənmişdir. Yeni yaşayış massivlərində, şəhərin Kolayır hissəsindəki Kür küçəsinə asfalt örtüyü salınmış, 4 küçəyə qum-çınqıl tökülərək hamarlanmışdır.
Şəhərin daxilində 3 yerdə yeni parklar salınmış, hovuzlar düzəldilmiş, küçələrə işıq dirəkləri basdırılmışdır ki, bunlar da şəhərə xüsusi gözəllik verir.
Hesabat ilində H.Əliyev parkı yenidən qurulmuş, əhalinin istirahəti üçün xiyabanlar salınmiş, yardımçı binalar tikilmişdir.
Bütün nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın icrası xüsusi rol oynamışdır. Dövlət Proqramının yerinə yetirilməsi ilə bağlı, rayon İcra Hakimiyyəti Başçısı cənab Alı Qocayevin rəhbərliyi altında rayonumuzda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri nəticəsində rayonumuzun siması, xüsusilə rayonun mərkəzinin siması əsaslı şəkildə dəyişmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında 24 noyabr 2003-cü il tarixli Fərmanının 7-cü bəndinə əsasən yerlərdə vətəndaşların ərizə və şikayətlərinə baxılması və onların haqlı tələblərinin təxirə salınmadan həll olunması üçün müvafiq tədbirlər görülmüşdür. Belə ki, il ərzində vətəndaşlar tərəfindən 11 ədəd yazılı ərizə daxil olmuşdur ki, həmin ərizələrdə qaldırılmış problemlər müsbət həll olunmuşdur. Eyni zamanda hesabat ilində nümayəndəliyə ayrı-ayrı təşkilatlardan 34 ədəd məktub daxil olmuş, müraciətlər və müxtəlif məsələlərlə bağlı 76 ədəd məktub göndərilmişdir. Əhaliyə 3484 ədəd arayışlar və müxtəlif məsələlərlə bağlı 28 əmr və 12 sərəncam verilmişdir. Şifahi qəbula gələnlər 32 nəfər olmuşdur.
Hesabat ilində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir ki, bu da öz növbəsində çağırış yaşlı gənclərin hərbidən yayınması hallarının tamamilə aradan qaldırılmasına səbəb olmuşdur.
Gənclərin növbəti hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının icrası ilə bağlı bütün tədbirlər görülmüşdür. Gənclərin hərbi qeydiyyata alınması işi rayon Hərbi Komissarlığı ilə birgə həyata keçirilir.