Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Heydər Əliyev Mərkəzində “20 yanvar faciəsi” qurbanlarının əziz xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir.

20 yanvar 2015 | 16:00

Samux Rayon  Heydər Əliyev Mərkəzində “20 yanvar faciəsi” qurbanlarının əziz xatirəsinə həsr edilmiş tədbir keçirildi. İlk öncə qanlı yanvar gecəsinə həsr edilmiş video filim izlənildi.

Çıxış edən Samux Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayev bu hadisənin həmişə dünyada sülh ordusu kimi qələmə verilən, Sovet ordusunun xüsusi təyinatlı dəstələri və keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər və insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğuladı və qeyd etdi ki,  1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün canlarını fəda etdilər.

Daha sonra çıxış edən Samux şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Namazova Aidə, Samux şəhər 1 saylı tam orta məktəbin müəllimi Cəfərova Aysən və Alıuşağı kənd orta məktəbin müəllimi Xatirə Əliyeva çıxışlarında “Qanlı Yanvar” faciəsinin Azərbaycan xalqının milli azadlıq hərəkatındakı yeri və rolu barədə məlumat  verdilər.

Daha sonra məktəblilərin 20 Yanvar faciəsinə həsr edilmiş əsərlərindən ibarət  rəsm sərgisinə baxış keçirildi.

Keçidlər