“20 yanvar” faciəsinin 25-ci ildönümü ilə bağlı Samux Rayonunda ümumrayon tədbiri keçirildi
20 yanvar 2015 | 16:00
20 yanvar faciəsinin 25-ci ildönümü münasibəti ilə Samux Rayon Şəhidlər Kompleksinin önündə anım mərasimi keçirilmişdir. Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, rayonun idarə, müəsissə və təşkilatlarının əmək kollektivlərinin iştrak etdiyi anım tədbirində rayonun şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə rayon İcra hakimiyyətinin başçısı adından əklil qoymuş, şəhidlərin məzarı üzərinə qərənfillər düzülmüşdür.
Anım tədbirində şəhidlərin qəhrəmanlığını vəsf edən şerlər söylənilmiş, həzn müsiqi səsləndirilmişdir.