Şriftin ölçüsü :

Saytın rəngi :

19 Yanvar 2015-ci ildə Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatında “20 Yanvar faciəsinə siyasi-huquqi qiyməti ilk olaraq Heydər Əliyev verdi” adlı elmi praktiki konfrans təşkil edildi.

19 yanvar 2015 | 16:00

Samux Heydər Əliyev  Mərkəzinin və YAP Samux rayon təşkilatının birgə təşəbbüsü ilə   “20Yanvar faciəsinə siyasi hüquqi qiyməti ilk olaraq Heydər Əliyev verdi” mövzusunda tədbir keçirildi.20 Yanvar hadisələrinin 25 ci il dönümü şəhidlərinin ruhunun 1 dəqiqəlik sükütla yad edilməsi ilə başlayan tədbirdə YAP Samux rayon təşkilatının rəhbəri Gündüz Bayramov bu faciə haqqında ətraflı məlumat verdi.Daha sonra YAP Samux rayon aparatının rəhbəri Sevinc Xəlilova  və Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə çıxış edərək 20 Yanvar faciəsinin hüzn günü olmaqla bərabər eyni zamanda xalqımızın qəhrəmanlıq səlnaməsində yeni səhifə açdığını vurğuladılar.Tədbirin keçirilməsində əsas məqsəd 20 Yanvar hadisələri haqqında milli mənəvi dəyərlərin gənclərə aşılanması və təbliğ olunması idi.Tədbir gənclərin və rayon ziyalılarının maraqlı məruzələri ilə davam etdirildi.

Allah şəhidlərimizə rəhmət eləsin.

Keçidlər