Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar hadisələrinə həsr olunmuş “20 Yanvar –Müstəqilliyimizin Şəhidlik Zirvəsi ” mövzusunda tədbir təşkil olundu.

16 yanvar 2015 | 16:00

16  yanvar 2015-ci il tarixində Samux rayon Heydər Əliyev Mərkəzi ilə Samux Rayon Təhsil şöbəsi birlikdə 20 Yanvar hadisələrinə həsr olunmuş “20 Yanvar – Müstəqilliyimizin Şəhidlik Zirvəsi” mövzusunda tədbir keçirtdi. Samux Rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbir 20 Yanvar şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra çıxış edən  Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə  1990-cı il yanvarın 20-də baş verən faciədən danışdı və  belə tədbirlərin növbəti günlərdə də davam etdiriləcəyini qeyd etdi. Digər məruzələrdə də  bu günün  xalqımızın qəhrəmanlıq səlnaməsində yeni bir səhifə açdığı vurğulandı.
Tədbir Samux rayonunun müxtəlif ümümtəhsil məktəblərinin şagirdlərinin hazırladıqları kompozisiyalarla davam etdirildi.

Keçidlər