Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsi çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilmişdir.
Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanıb. Bu münasibətlə Samux şəhər Heydər Əliyev Adına istirahət parkında Samux Rayon Gənclərinin hərbi xidmətə yola salınma mərasimi keçirildi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinin rəisi Şiriyev Nadir və digər natiqlər öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ordu quruculuğu və milli hərbi kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirdiyini vurğulamış, Prezident ilham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazda ən qüdrətli ordu olduğunu bildirilmişlər.
Tədbirdə əsrin ilk Milli Qəhrəmanı, Samuxlu Eltun Xaləddin oğlu İsgəndərovun valideynləri və balaca qardaşı da iştirak edirdi. Mİlli Qəhrəmanın balaca qardaşı da çağrışçılar sırasında idi.
Daha sonra Tədbir rayon mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri konsert proqramı ilə davam etmişdir.