Samux Rayon İcra Hakimiyyəti başçısının Samux rayonunun Samux şəhərində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin Samux rayonunun Samux şəhərinin sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Samux şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Elşad Qasımov şəhər barədə iclas iştirakçılarına geniş məlumat verdi. Şəhərdə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Əsgərov Fikrət Mehdi oğlu çıxışında M.Ə.Sabirin adını daşıyan küçəyə asfalt örtüyünün salınması təklifini irəli sürdü.
2. Nəsibov İsrafil Bəhlul oğlu yeni yaşayış massivinə qaz xəttinin çəkilməsini xahiş etdi.
3. Məmmədov Xanlar Cəfər oğlu isə yeni yaşayış massivinə elektrik xəttinin çəkilməsi təklifini irəli sürdü
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.