Samux rayonunda Qarabağ əlillərinə, kimsəsizlərə, aztəminatlı və şəhid ailələrinə bayram sovqatı verildi.
Bu gün Samux rayonunda Qarabağ əlillərinə, kimsəsizlərə, aztəminatlı və şəhid ailələrinə bayram sovqatı verildi. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək qarşıdan gələn 31 dekabr- Dünya azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə bütün iştirakçıları səmimi qəlbdən təbrik etdi. Çıxışı zamanı Alı Qocayev ölkə başçısı, cənab Prezident İlham Əliyev tərəfindən Qarabağ əlillərinə, kimsəsizlərə, aztəminatlı və şəhid ailələrinə daim diqqət və qayğının olmasından danışmışdır. Məhz ölkə başçısının apardığı məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində Qarabağ əlilləri, kimsəsizlər, aztəminatlı və şəhid ailələrnin sosial vəziyyəti yaxşılaşmışdır. Çıxışının sonunda icra başçısı Samux rayonunda bu kimi tədbirlərin mütəmadi keçiriləcəyini qeyd etdi.
Tədbirdə rayonun 300 nəfərdən çox ailəsinə bayram sovqatı verildi.
Sonda tədbir iştirakçıları rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.