Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda pedaqoji əmək fəaliyyətinə başlamış gənc kadrlarla görüş keçirildi.

22 dekabr 2014 | 16:00

Samux rayon Heydər Əliyev Mərkəzinin iş planına uyğun olaraq,son 3 ildə Samux Rayonunda pedaqoji əmək fəaliyyətinə başlamış gənc kadrlarla görüş keçirildi.Görüşdə Samux rayon Heydər Əliyev Mərkəzinin rəhbər və kollektivi, Samux Rayon İcra Hakimiyyəti nümayəndəsi, Samux Rayon Təhsil şöbəsinin nümayəndələri,Samux Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, Rayonun Alabaşlı,Hacıalılı, Sarıqamış, Alıuşağı, Kəsəmən, Poylu və digər ucqar kənd və qəsəbələrində ümumilikdə pedaqoji fəaliyyət göstərən 27 gənc kadr iştirak edirdi.
Tədbiri giriş sözü ilə Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə açaraq tədbir iştirakçılarını salamladı və Ümummilli lider Heydər Əliyevin təhsil işçilərinə, xüsusən də gənc kadrlara göstərdiyi diqqət və qayğısından və onun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin təhsil sahəsində apardığı uğurlu fəaliyyətlərdən danışdı.
Tədbir gənc kadrların uğur hekayələri, bu yolda qarşılaşdıqları çətinliklər haqqında qarşılıqlı fikir mübadiləsi şəklində davam etdi. Sonda təkliflər qeydə alındı və qarşıdan gələn 2015-ci ildə də Samux rayon Heydər Əliyev Mərkəzinin tədbirlər planına uyğun olaraq, digər sahələrdə də Samux Rayonunda təyinatla fəaliyyət göstərən kadrlarla mütəmadi görüşlərin keçiriləcəyi bildirildi.

Keçidlər