YAP SAMUX RAYON TƏŞKİLATI TƏRƏFİNDƏN NAMİZƏDLİKLƏRİ İRƏLİ SÜRÜLƏN GƏNCLƏRLƏ VƏ İLK DƏFƏ SƏS VERƏN SEÇİCİLƏRLƏ GÖRÜŞ KEÇİRİLDİ
Samuxda bələdiyyə seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən namizədlikləri irəli sürülən gənclərlə və ilk dəfə səs verən seçicilərlə təşviqat xarakterli görüş keçirildi. YAP Samux rayon təşkilatının akt zalında keçirilən görüşdə qonaq qismində məhşur 91-lərdən, Milli Məclisin üzvü, Tibb Universitetinin prorektoru, Əməkdar Elm Xadimi, professor Rafiq Məmmədhəsənov , YAP Mərkəzi Aparatın məsul işçisi Rafael Gülməmmədov iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirdi ki, 2014-cü il 23 dekabr tarixində Azərbaycanda çox əhəmiyyətli siyasi kampaniya –yerli özünüidaetmə orqanlarına seçkilər keçiriləcək. Gündüz Bayramov Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar rayon üzrə 21 bələdiyyəyə 191 nəfərin irəli sürüldüyünü, bunlardan 73 nəfərinin gənclərin təşkil etdiyini vurğuladı. “Şübhəsiz ki, Samux rayonunun seçiciləri yüksək aktivlik nümayiş etdirərək bələdiyyə seçkilərində də partiyamızın irəli sürdüyü namizədləri dəstəkləyəcəklər”.
Daha sonra qonaqlar Rafiq Məmmədhəsənov və Rafael Gülməmmədov çıxış edərək 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərindən danışaraq bütün işlərin bələdiyyə seçkilərində qələbə qazanmaq əzmi ilə həyata keçirdiyini, fəal seçki mühiti formalaşdırıldığını, yerlərdə səfərbəredici tədbirlər keçirildiyini qeyd etdilər.Məhz ulu öndər Heydər Əliyevin düzgün siyasəti nəticəsində Azərbaycanın bugünkü sürətli inkişafına qovuşmasının rolundan danışdılar.Azərbaycanın müstəqilliyinin ilk vaxtlarından ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının, onlara yaratdığı şəraitin nəticəsi diqqətə çatdırıldı.Qonaqlar formlaşmış, siyasi cəhətdən yetkinləşmiş Azərbaycan gəncliyinin uğurları haqqında fikirlərini bölüşdülər.
Tədbirdə cıxış edən YAP Samux rayon Təşkilatının Gənclər Birliyinin sədri Rəşad Qarayev vurğuladı ki, bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni –yeni uğurlara imza atır. Ölkəmizdə sürətli sosial-iqtisadi yüksəliş, düzgün və dayanıqlı iqtisadiyyat vətəndaş cəmiyyətləri təsisatlarının təkmiləşdirilməsi yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin genişlənməsinə əlverişli şərait yaradılıb. Bütün bunlar deməyə əsas verir ki, bələdiyyə seşkilərində seçicilər düzgün seçim edərək rifah və quruculuq naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.
Tədbirin sonunda Bələdiyyə üzvlüyünə namizəd gənclərdən Günel Məmmədova və Orxan Əliyev də çıxış etdilər.