Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Yuxarı Ağasıbəyli kəndində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Yuxarı Ağasıbəyli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Yuxarı Ağasıbəyli inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Abdullayev Mirdamət kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Əsgərov Canpolad Oruc oğlu çıxış edərək 1 ədəd içməli su üçün subartezian quyusunun vurulmasını xahiş etdi
2. Verdiyev Saməddin Bayram oğlu 2 ədəd yararsız elektrik dirəyinin dəyişdirilməsini xahiş etdi.
3. Alıyev Razi Yaqub oğlu isə yeni salınmış yaşayış massivindəki küçənin cari təmiri təklifini irəli sürdü
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.