Samux rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının on birinci ildönümü qeyd olundu
12 dekabr 2014 | 16:00
Bu gün Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının on birinci ildönümüdür.
Respublikanın hər yerində olduğu kimi Samux rayonunda da Ulu Öndərin vəfatının on birinci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi. Rayon ictimaiyyətinin iştirakı ilə keçirilən anım tədbiri Ulu Öndərin abidəsinin önünə gül dəstələrinin qoyulması ilə başlandı.
Daha sonra rayon sakinləri Heydər Əliyev Mərkəzində Ulu Öndərin keçdiyi şərəfli ömür yolunu əks etdirən fotosərgilərdən ibarət muzeyi ziyarət etdilər.