Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Ulu Öndər H.Əliyevin əziz xatirəsi anıldı.

10 dekabr 2014 | 16:00

10 dekabr 2014-cü il tarixdə Samux rayonunda Rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri H.Əliyevin anım mərasimi keçirildi. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoydular.
Sonra tədbir YAP Samux Rayon Təşkilatının akt zalında davam etdirildi. İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər və Heydər Əliyevə həsr olunmuş sənədli filmə baxdılar.
Tədbiri giriş sözü ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev açaraq, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu H.Əliyevin xalqımızın qarşısında göstərdiyi xidmətlərdən, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət haqqında tədbir iştirakçılarına məlumat verdi.
Sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov  qeyd etdi ki, Heydər Əliyev uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz və sarsılmaz oldu. H.Əliyev Azərbaycanın tarixində dönüş edən, onu parçalanmaqdan qoruyaraq uğurlu yola çıxaran böyük dövlət xadimi kimi xarakterizə olunur.  Bu gün Azərbaycan iqtisadiyyatının yüksək səviyyədə inkişafının təməli məhz H.Əliyev tərəfindən qoyulan strateji xətt üzrə həyata keçirilir. Azərbaycan xalqının sosial-iqtisadi rifahı günü-gündən yüksəlir, ölkənin siyasi potensialı güclənir və regionda lider dövlətə çevrilmişdir.
Tədbirdə çıxış edən digər natiqlər qeyd etdilər ki, H.Əliyev dahi bir şəxsiyyət kimi, böyük ideyaların müəllifi kimi nəsildən-nəsilə keçərək Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Keçidlər