Şriftin ölçüsü :

Saytın rəngi :

“1 oktyabr-Beynəlxalq Ahıllar günü” münasibəti ilə Samux rayonunda tədbir keçirilmişdir

03 oktyabr 2012 | 15:00

2 oktyabr 2012-ci il tarixdə Beynəlxalq Ahıllar günü münasibəti ilə Samux rayonunda yaşayan yaşlı insanlar, ahıllar və böyük vətən müharibəsi veteranlarının iştirakı ilə Samux şəhərində yerləşən “Qoşqar” şadlıq evində təşkil edilmişdir. Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev çıxışında ahılların müdafiəsi ilə bağlı BMT-nin Baş Məclisinin 1992-ci ildə qətnamə qəbul etdiyini və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Gününün qeyd olunduğunu həmçinin Ümummilli Lideri Heydər Əliyevin 22 iyun 2001-ci il tarixində imzaladığı “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının ahıl hesab olunduğunu qeyd etdi.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ahıllara həmişə xüsusi diqqət və qayğı göstərdiyini. Hər il “1 oktyabr- Beynəlxalq Ahıllar günü”nün ölkəmizin hər yerində qeyd olunduğunu vurğuladı. Sonda tədbirdə iştirak edən yaşlı insanlar, ahıllar və böyük vətən müharibəsi veteranlarının hər biri Rayon İcra Hakimiyyəti başçısı tərəfindən bayram münasibətilə mükafatlandırıldılar.
Samux Rayon Sosial-müdafiə Mərkəzinin direktoru Cəsur Məmmədov çıxışında, diqqətə çatdırmışdır ki, rayonda hazırda 70 yaşından yuxarı 2550 nəfər yaşayır, onların hər biri dövlət tərəfindən təqaüdlə təmin olunmuşlar və əksəriyyəti ailələrdə yaşayırlar.Rayonda yaşayan tənha və başqasının köməyinə ehtiyacı olan ahıl insanlara evdə qulluq həyata keçirilir.
70 yaşdan yuxarı olan 86nəfər ahıl insanların Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən qeydiyyata alındığını.Onlara xidmət olunduğunu və həyat tərzinə daim nəzarət edildiyini bildirmişdir.
Daha sonra tədbirdə ağsaqqal Mircəfər İsmayılov, Böyük Vətən Müharibəsi iştirakçısı Əziz Məmmədov, çıxış edərək bu yaşda olan insanlarin sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə danışmış, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkürlərini bildirmişlər.
Tədbir rayon Mədəniyyət evinin və musiqi məktəblərinin kollektivlərinin hazırladığı maraqlı konsert proqramı ilə davam etdirilmişdir.
 

Keçidlər