Samux rayon gənclərinin “Gəncliyin səsi”adlı musiqi festivalı keçirildi.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsi çərçivısində C variantı üzrə “Gəncliyin səsi” gənclərin musiqi festivalı adlı fərdi layihə Samux rayon sakini Səadət Əsgərova tərəfindən uğurla həyata keçirildi.
“Gəncliyin səsi” gənclərin musiqi festivalının keçirilməsində əsas məqsəd istedadlı gənclərin üzə çıxarılması, onların cəmiyyətə təqdim olunması və yaradıcılığının inkişaf etdirilməsidir.
Samux Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Samux rayonunun bütün kənd və qəsəbələrində yaşayan istedadlı gənclər iştirak etdilər. Muğam, vokal, rep, pop və digər janrlarda mahnılar, müxtəlif musiqi alətlərində(kamança, tar, piano, klarnet)çıxşılar festvala gələn qonaqlar və tamaşaçıların marağına səbəb oldu.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Səadət Əsgərova “ bu layihəmlə rayonumuzun istedadlı gənclərinin yaradıcılıq həyatlarında uğurlu başlanğıc etmək istəyirdim, düşünürəm ki, mən buna qismən də olsa nail ola bildim. Gənclər Fondu çoxlu sayda gənclərin idayelarını dəstəkləyir və mən də öz arzuma çatdım. Prezident yanında Gənclər Fonduna təşəkkür edirəm.” deyə vurğulayib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Xəlilova, Prezident yanında Gənclər Fondunun nümayəndəsi Ramin Cəfərov və digər rayon rəsmiləri və QHT nümayəndələri iştirak edirdi.
Sonda iştirakçılar diplomlarla mükafatlandırıldı.
Tədbirdə 30 nəfər istedalı gənc çıxış edirdi. Tədbirdə 200 nəfər tamaşaçı izləyirdi.