Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda narkomaniyaya qarşı mübarizə mövzüsunda tədbir keçirildi.

08 dekabr 2014 | 16:00

Dünyamızın ən böyük bəlalarından olan narkotiklərin qanunsuz dovriyəsi və narkamanlıq bu gün dunyamızın qarsılaşdığı qlobal problemlərdən biridir və bu  bəla   insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə boyük zərbə vuran, sosal- iqtisadi  inkisafa   mənfi  təsir gostərən, insanlarin həyat və saglamlıgına ciddi  təhlükə yaradan, cinayətkarlıgın artmasına səbəb olan amildir

Ölkəmiz müstəqillik qazandıqdan sonra qapılarını bütün dünyaya açdı. Bunun respublikamız üçün müsbət tərəfləri olsa da, digər dövlətlərin ərazisinden ayrı-ayrı cinayətkar ünsürlər, narkotik vasitə alverçiləri qazanc əldə etmək məqsədilə  müxtəlif   növlü   narkotikləri ölkəmizə    gətirməyə başladılar və bununla da ötən əsrin 90-cı illərindən başlayaraq Azerbaycanda narkomanlıq və narkotik maddələrin qeyri-qanunu dövriyyəsi sürətlənməyə başladı. Lakin  ilk  olaraq ümummilli lider Heydər Əliyev ölkəmizdə narkamanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizeni gücləndirmək məqsədilə 1996-cı ildə fərman imzaladı. 1997-ci ildə Azerbaycan Respublikasında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzre Dövlət Komissiyası yaradıldı. Bu sahədə qəbul olunan 2000-2006, 2007-2012-ci illər üçün Dövlət Proqramları artıq icra olunmuşdur. Bu işin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyulmuşdur. 
Rayonda narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatın genişləndirilməsi məqsədi ilə, Samux Rayon İcra Hakimiyyəti başçısının 15 mart 2013-cü il tarixli 31 saylı sərəncamı ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı mübarizə üzrə  Komissiya  yaradılmışdır. Komissiya aidiyyəti təşkilatlarla birlikdə narkamaniyanın qarşısının alınması, narkotik maddələrdən qanunsuz istifadə olunması, onların ölkəmizdə yayılması istiqamətində əməli tədbirlər həyəta kecirməklə,  gənclər arasında təbliğat və izahat  işləri aparilmasına daima diqqət yetirir.   Komisiya vaxt aşırı olararaq  rayonun ayrı-ayrı yaşayış məntəqələrində rayon ağsaqqalları, veteranlar, qadınlar şurası, gənclər təşkilatının nümayəndələri ilə birlikdə ərazi nümayəndəliklərində, orta ümumi təhsil məktəblərində gənclərlə görüş keçirir və bu göruşlərdə insan saglamlığına bütovlükdə cəmiyyətə, yeniyetmə və gənclərə vurduğu ziyan və törətdiyi fəsadlar barədə geniş məlumatlar verilir. Həmçinin narkotik maddələrin qanunsuz dövriyəsinə qarşı mübarizə haqqinda qanunvericiliyin müddəalarının və tələblərının əhaliyə  izah edilməsi, anti-narkotik təbliğatın gucləndirilməsi ilə əlaqədar mütamadi olaraq “Narkamaniya uçuruma aparan yol” , “Narkamansız Azerbaycan”, “Sağlam həyat dərsi və digər mövzularda inşa və rəsim musabiqələri keçirilir.
Samux Rayon uzrə 2013-cü il də narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağli alqi-satqi,  saxlanma və əkilməsi, kultivasiya olunmasi  ilə bağli aşağidaki müəyyən olunmuş faktlar aşkar edilmişdir.  Rayon üzrə 24 nəfər  səxs narkamanlıqla bağlı qeydiyata götürülmüşdür. Bunların bəziləri müalicəyə cəlb edilmişdir. Qeydiyata götürülmüş bu səxslərlə proflaktiki tədbirlər aprılmaqla maarifləndirmə işləri görülür. Həmin şəxslərlə mütəmadi olaraq profilaktiki söhbətlər aparılır. Onlar daimi  nəzarət altındadırlar. Aparılan maarifləndirmə və profilaktik tədbirlərin nəticəsidir ki, qeydiyyata götürülmüş 24 nəfər narkoman arasında yetkinlik yaşına çatmayan olmamışdır.   Samux Rayon üzrə yetkinlik yaşına çatmayan şəxslər tərəfindən narkotik vasitələrin alqı-satqısı və istifadəsi ilə məşğul olan şəxslər müəyyən edilməmişdir . Ümumilikdə 2013-cü il ərzində dövriyyədən        3 kq  682 q  qurudulmuş marixuana dövriyyədən çıxardılmışdır. 
2014-ci ilin 9 ayı ərzində ayrı-ayrı şəxslərdən 758,68 qr narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş və AR CM – nin 234 maddəsi ilə cinayət işinə başlanaraq istintaq aparılmışdır.
Narkotik vasitələrin məhv edilməsi bu məqsədlə yaradılmış komissiya tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir.
Narkomanlığa və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizəyə nəinki dövlət və  dövlət qurumları, eyni zamanda cəmiyyətin bütün üzvləri qoşulmalıdır.
Hər bir qurum, hər bir ailə narkomanlığın profilaktikası sahəsində bacardığını əsirgəməməlidir. Narkomaniyaya qarşı profilaktik tədbirlər dedikdə, narkomaniyanın yayılmasının qarşısını almaq üçün hazırlanmış tədbirlər kompleksi nəzərdə tutulur. Nəzərə alsaq ki, narkomaniya xəstəliyinə tutulmaq təkcə hər hansı bir fərd üçün deyil, eyni zamanda bütün cəmiyyət üçün təhlükəlidir, onda narkomaniyanın  profilaktikasının nə dərəcədə vacib olması aydın olar.  Narkomaniya insanları fəlakətə sürükləyir. Yalan, cinayət, ailələrin dağılması, ölümcül xəstəliklər və s. narkomaniyanın gətirdiyi bəlalardır.  QİÇS-ə yoluxmuş xəstələrin 70%-i bu ölümcül virusa  narkotika istifadəçisi olduqlarına görə düçar olmuşlar.  Onu da qeyd etmək lazımdır ki, QİÇS-ə yoluxmuş tək bir xəstənin illik müalicə kursuna çəkilən xərc dövlətə 25,2 min dollara başa gəlir.  Əgər narkomanların orta yaş həddinin 30 yaş olması faktını diqqətə çatdırsaq, narkomaniyanın  millətin mövcudluğu, onun genofondu üçün necə böyük təhlükə yaratdığını görərik.                                                           Yuxarıda göstərdiyimiz məlumatları nəzərə alsaq, bir daha aydın olur ki,     narkomaniyanın    profilaktikası nə dərəcədə zəruridir.  Xalqımıza üz tutaraq, müraciət edirik:   gəlin,    vətənimizi vətəndaşsız ,   ailələri  başsız, anaları övladsız qoyan bu bəla ilə hamılıqla – elmindən,  mövqeyindən,   dinindən asılı olmayaraq   hər kəs bacardığı qədər mübarizəyə qoşulaq. Bu, hər   birimizin müqəddəs və təxirəsalınmaz   vəzifəsi olmalıdır. Vətənimizin,   xalqımızın gələcəyini  yalnız bu yolla xilas edə bilərik.

Keçidlər