Samuxda “Könüllülükdən zirvəyə”adlı gənclər üçün tədbir keçirildi
05 dekabr 2014 | 16:00
Bu gün Samux Rayon Heydər Əliyev Mərkəzi və Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə Beynəlxalq Könüllülər günü münasibəti ilə “Könüllükdən Zirvəyə” adlı seminar təşkil olundu. Seminarın açılışını Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə və Gənclər və İdman İdarəsinin rəsi Rəşad Qarayev etdi. Seminarı Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional ofisinin nümayəndəsi təlimçi Günay Tağıyeva mövzu ətrafında iştirakçıları məlumatlandırdı. İştirakçılarla fikir mübadiləsi aparıldı. Könüllük haqda video rolikə baxıldı. Tamaşalar hazırlandı və təqdim olundu.
Tədbirdə 30 nəfər gənc iştirak edirdi.