Şriftin ölçüsü :

Saytın rəngi :

Ombudsman Aparatı Respublika QİÇS Mərkəzi ilə birlikdə Samux rayonunda tədbir keçirdi.

04 dekabr 2014 | 16:00

Ombudsman Aparatı Respublika QİÇS Mərkəzi ilə birlikdə gələcək nəsli İİV virusundan qoruma məqsədi ilə yerlərdə maarifləndirici aksiya keçirir. Növbəti belə tədbir Samux rayonunda  Samux Rayon Heydər Əliyev Mərkəzində təşkil olunub. Toplantıda şagirdlərə məlumat verilib ki, dünyada İİV virusuna yoluxan insanların sayı 35 milyona çatıb. Onlardan 2 milyonu yeni yoluxanlardır. QİÇS-dən vəfat edənlər isə 1,5 milyon təşkil edir. Ölkəmizdə də bu virusa yoluxanlara rast gəlinir. Bu ilin dekabr ayının 1-nə olan məlumata əsasən respublikamızda İİV infeksiyası təsdiq olunan 4859 nəfər qeydiyyata alınıb. Araşdırmalar göstərir ki, infeksiya insanlara daha çox narkotik tərkibli bitkilər vasitəsi ilə yoluxur. Ona görə də yetkinlik yaşına çatan hər bir şəxs bu bəladan qorunmaq üçün narkotik vasitədən uzaq olmalıdır. Sonda şagirdlərə maarifləndirici bukletlər paylanılıb.
Natiq Zülfüqarov- Respublika QİCS-lə Mübarizə Mərkəzinin şöbə müdiri: “Ümumiyətlə Samux rayonunda İİV virusuna yoluxan insanlara çox az rast gəlinir. Ancaq bu o demək deyil ki, gələcəkdə bu infeksiya geniş vüsət almayacaq. Ona görə də bizim əsas məqsədimiz profilaktikanın tətbiqidir. Uşaqlara profilaktik məlumat vermək, bu infeksiyadan necə qorunmağın yollarını aşılamaqdır”.

Keçidlər