Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Qırmızı Samux qəsəbəsində səyyar-görüşü keçirilmişdir.

02 dekabr 2014 | 16:00

02.12.2014-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayevin səyyari görüşü rayonun Qırmızı Samux qəsəbəsində keçirildi.
Səyyari görüşdə  İcra Hakimiyyəti başçısının müavinləri,icra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə,müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Qəsəbədə görülmüş işlər və sakinləri narahat edən məsələlər və problemlər haqqında məlumatı qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi məlumat verdi. Sonra qəsəbə sakinləri tərəfindən çıxışlar və təkliflər oldu. Belə ki, sakinləri narahat edən bəzi problemlər barədə bir neçə nəfərin çıxışları və təklifləri dinlənildi.
1. Qurbanov  Hümbət  İbrahim oğlu pay torpaqlarının suvarılması üçün əlavə su nasosunun quraşdırılmasını xahiş etdi.
2. Musayev  Məcnun  Cabbar  oğlu 2 ədəd  yarasız  elektrik dirəyinin dəyişdirilməsi     təklifini irəli sürdü.
3. Zeynalov  Araz  Əbdül  oğlu Qırmızı  Samux  -  Yenikənd  yolunun  cari  təmirini  xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev qəsəbə sakinləri  tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər