01.oktyabr 2012 tarixdə Prokurorluq işçilərinin peşə bayramı münasibətilə Samux Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon prokurorluğunun əməkdaşları iştirak etmişdir.
Tədbirdən əvvəl rayon İcra Hakimiyyətinin başçısı və rayon Prokurorluq əməkdaşları Heydər parkında ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoydular.
Yığıncağı giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev çıxışında Azərbaycan Respublikası Prokurorluğunun 94 illik yubileyi münasibətilə Azərbaycan prokurorluğunun bütün əməkdaşlarını təbrik etmiş çox əhəmiyyətli və məsuliyyətli vəzifələrinin yerinə yetirilməsində uğurlar arzulamışdır. Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Kabinetinin 1 oktyabr 1918 – ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq Ümümmilli lider Heydər Əliyev hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998- ci il tarixli sərəncam imzalanmışdı. Xalq Cumhuriyyətinin qısa müddətli mövcudluğu dövründə müstəqil dövlət orqanı kimi hərtərəfli formalaşmağa imkanı olmayan, sovetlər ittifaqı zamanında hakim partiyanın siyasətinə və sinfi mənafelərinə xidmət göstərən qurum kimi fəaliyyət göstərən, keçən əsrin 90- cı illərinin əvvəlindəki anarxiya və xaos dövründə işini qanun çərçivəsində qura bilməyən, mütəşəkkil cinayətkar təzahürlərin vətəndaşların hüquqlarının kütləvi şəkildə pozulması hallarının qarşısını almaqda aciz olan Azərbaycan Prokurorluğu yalnız xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin siyasıi hakimiyyətə qaydışından sonra və onun hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində cəmiyyətdə öz layiqli yerini tutmağa nail olmuş, dövlətçiliyimizin sütunlarından hesab edilən mühüm təsisata çevrilmişdir.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun qorunmasına xidmət edən orqana çevrilmiş, sivil və demokratik inkişaf yoluna qədəm qoymuşdur.
Prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və bu sahədə təminatın yaxşılaşdırılması istiqamətində də zəruri tədbirlərin görülməsi təmin olunur.
Bu gün də Hörmətli Prezidentimiz İlham Əliyevin prokurorluq işçilərinə olan diqqət və qayğıkeşliyindən danışan natiq buna misal olaraq rayon prokurorluq əməkdaşlarının normal şəraitdə işləmələri üçün şəhərin mərkəzində müasir üslubda tikilmiş inzibati binanin yaxın günlərdə istifadəyə veriləcəyini xüsusi vurğulamışdır
Rayon prokuroru Nürəddin Qasımov çıxışında diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirərək qeyd etmişdir ki, Dövlət başçısının dəstəyi ilə prokurorluqda yeni müstəvidə davam etdirilən müasir məzmunlu islahat tədbirlərinin nəticəsidir ki, Azərbaycan Prokurorluğu yeni tələblərə uyğun təkmilləşdirilmiş mütərəqqi normativ-hüquqi bazası olan, yeni mütərəqqi iş prinsipləri və metodları əsasında fəaliyyət göstərən sivil dövlət təsisatına çevrilmiş, ədalətli prosedurlar əsasında kadr tərkibi mütəmadi olaraq yeniləşdirilən prokurorluğun kollektivinin və hər bir əməkdaşın məsuliyyət hissi artırılmaqla ciddi tələbkarlıq şəraiti formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları təxirəsalınmadan aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmi yaradılmışdır.
Tədbirdə çıxış edən natiqlər Samux rayon Məhkəməsinin hakimi Nizami Hümbətov, rayon polis şöbəsinin rəisi Akif Nəbiyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Qarayeri qəsəbə 1 saylı məktəb- litseyin direktoru Tacirə Məmmədova və Samux şəhər icra nümayəndəsi Mübariz Nəsibov öz çıxışlarında Azərbaycan prokurorluğunun bütün əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik etmişlər.