Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün ümummilli lider Heydər Əliyevin irsinin daha dərindən öyrənilməsi məqsədilə keçilən açıq dərslər davam edir.

29 noyabr 2014 | 16:00

Əvvəlcədən  tərtib olunan qrafikə əsasən, Samux Rayon Heydər Əliyev Mərkəzində keçirilən növbəti dərsdə  Sarıqamış, Seyidlər,  Yenikənd və Qırmızı Samux kənd tam orta məktəblərindən ümumilikdə, 50 nəfər şagirdi iştirak edib.
Samux rayon Təhsil Şöbəsinin nümayəndəsi Bədəlova Nərgiz dərs prosesində ulu öndər Heydər Əliyevin öz xalqı qarşısındakı misilsiz xidmətləri, xüsusilə Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki gərgin fəaliyyəti barədə şagirdlərə geniş məlumat verib
Tədris prosesində şagirdləri maraqlandıran suallar da ətraflı cavablandırılıb.

Sonda Heydər Əliyev Mərkəzində məktəblilərə Ulu Öndərin irsi ilə bağlı sənədlər barədə də geniş məlumatlar verilmişdir.

Keçidlər