Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda mədəniyyət müəssisələrin fəaliyyəti müzakirə olunub

29 noyabr 2014 | 16:00

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən Samux rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrin vəziyyətinin öyrənilməsi, mədəniyyət və turizm sahələrinin inkişafına dair Dövlət proqramlarının icrası istiqamətində görülən işlərin təhlil edilməsi məqsədilə nazirliyin Hüquq sektorunun müdiri Namiq Qulamov, Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli və həmin sektorun məsləhətçisi Elçin Hüseynov Samux rayonuna ezam ediliblər. ,Nazirliyin əməkdaşları rayonun mədəniyyət müəssisələrinə baxış keçirmiş, mövcud vəziyyəti öyrəniblər. Daha sonra müşavirə keçirilib.
Müşavirədə müəssisələrin fəaliyyətində olan nöqsanların aradan qaldırılması yolları müzakirə edilmiş , respublikanın mədəniyyət müəssisələrində islahatların aparılması, mədəniyyət ocaqlarının fəaliyyətinin daha səmərəli qurulması barədə fikir mübadiləsi aparılmış, təkliflər səsləndirilib.
Hüquq sektorunun müdiri N.Qulamov “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli Qanununun, Azərbaycan Respublikasının Prezidentinin 14 fevral 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın, mədəniyyət və turizm sahələrində qəbul edilmiş normativ aktların icrası istiqamətində qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarına məlumat verib, qaldırılan sualları cavablandırıb.

Keçidlər