Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə “İdarəçilik Məktəbi” дayihəsi çərçivəsində “Heydər Əliyev və Dövlət İdarəçiliyi” mövzusunda ilk təlim təşkil olundu.

27 noyabr 2014 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin dəstəyi,  Samux Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə  “İDARƏÇİLİK MƏKTƏBİ” adlı idarəçiliyin bütün sahələri üzrə  1 illik layihəyə başlanmışdır.
Layihə çərçivəsində ilk sessiya Samux Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Dövlət Idarəçiliyi” mövzusunda təşkil olundu. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin,  Yeni Azərbaycan Partiyası Samux rayon Təkilatının,  Gənclər və İdman İdarəsinin, Gənclər üçün Təhsil Mərkəzi Qərb Regional Ofisinin nümayəndələri, rayonun digər idarə və müəssisə nümayəndələri, Gəncə şəhərində təhsil alan   tələbə gənclər və rayonun ümumtəhsil məktəblərinin  yuxarı sinif  şagirdləri də daxil olmaqla ümumilikdə 50  nəfər iştirak edirdi.
Tədbiri Samux rayon Heydər Əliyev Mərkəzinin  Direktoru Aygün Həsənzadə açıq elan edərək, “Heydər Əliyev və Dövlət İdarəçiliyi”  mövzusunda təqdimat etmiş və iştirakçılara uğurlar arzulamışdır.
Sonra  Samux Rayon İcra  Hakimiyyətinin  Baçcısın Aparatının İctimai -Siyasi va Humanitar məsələlər  üzrə şöbənin baş məsləhətçisi Zakir Rzayev də çıxış edərək mövzu haqqında fikrini bildirmiş və mövzunun vacibliyini vurğulamışdır.
Tədbir  Yeni Azərbaycan Partiyasının Samux rayon Təşkilatının  aparat rəhbəri Sevinc Xəlilovanın spikerliyi ilə davam etdi.
Təlimdə iştirak edən iştirakçılara sonda sertifikatlar verilmişdir.
Onu da qeyd edək ki,  layihə çərçivəsində növbəti aylarda silsilə təlimlər davam etdiriləcək.

Keçidlər