Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Qovlarsarı kəndində səyyari görüşü keçirilmişdir.

26 noyabr 2014 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qovlarsarı  kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
   Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
    Əvvəlcə Qovlarsarı  inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Qurbanov Rövşən   kənd  barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Ələkbərov  Arzu  İsbəndiyar oğlu çıxış edərək  poçt binasına  telefon  xəttinin çəkilməsi       xahiş etdi
2. Sadıqov  Akif  Murad  oğlu  öz çıxışında  yararsız  elektrik naqillərinin dəyişdirilməsi     xahiş etdi.
3. Qurbanov  Nəbi Ələstan  oğlu isə  kənddə fəaliyyət göstərən iki ədəd   içməli  subartezianına daimi elektrikin verilməsi    təklifini irəli sürdü
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər