Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Xəmsə Milli İntellektual yarışı keçirilmişdir

19 noyabr 2014 | 16:00

19 noyabr 2014-cü il tarixdə Samux rayon Heydər Əliyev Mərkəzində Gənclər və İdman Nazirliyinin,  Azərbaycan İntellektual İnkişaf Mərkəzinin dəstəyi və təşkilatçılığı ilə Xəmsə Milli İntellektual yarışının IV Azərbaycan Çempionatının zona birinciliyi keçirilmişdir. Rayonumuzun "Xəzər" komandasının iştirak etdiyi bu yarışda 11 rayonun 16 komandası iştirak edirdi. Maraqlı və gərgin oyun nəticəsində 4-cü yerə Daşkəsən, 3-cü yerə Goranboy, 2-ci yerə Gəncə, 1-ci yerə isə Qazax komandası çıxaraq Qusarda keçiriləcək final mərhələsinə vəsiqə qazandilar.

Keçidlər