Türkiyə Respublikasının Gəncə şəhəri üzrə Baş konsulu tanışlıq məqsədi ilə Samux rayonuna səfər etmişdir.
21.11.2014-cü il tarixdə Türkiyə Respublikasının Gəncə şəhəri üzrə Baş konsulu Orhan İşıq tanışlıq məqsədi ilə Samux rayonuna səfər etmişdir.Səmimi dostluq şəraitində keçən görüşdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev Azərbaycan Respublikası ilə qardaş Türkiyə Respublikası arasındakı sosial, iqtisadi və mədəni əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq Azərbaycan-Türkiyə xalqlarının qarşılıqlı dostluq və qardaşlıq münasibətlərindən danışdı və əsası uluöndər Heydər Əliyev tərəfindən qoyulan bu əlaqələrin bu gündə cənab prezidentimiz İlam Əliyev uğurla davam etdirdiyini bildirdi. Qonaq çıxış edərək Respublikamızda gedən sosial iqtisadi inkişafdan heyranlıqla söhbət açdı və göstərilən qonaqpərvərliyə görə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevə öz minnətdarlığını bildirdi.