Şriftin ölçüsü :

Saytın rəngi :

SAMUXDA YENİ AZƏRBAYCAN PARTİYASININ YARADILMASININ 22-Cİ İLDÖNÜMÜ TƏNTƏNƏ İLƏ QEYD OLUNMUŞDUR.

21 noyabr 2014 | 16:00

21 noyabr  2014- cü ildə  Yeni Azərbaycan Partiyasının  yaradılmasının  22-ci ildönümü münasibəti ilə  YAP Samux Rayon Təşkilatının  akt zalında tədbir keçirildi. Tədbirdə YAP rayon təşkilatının idarə heyəti və şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları və ictimaiyyətin nümayəndələri  iştirak edirdilər.    
İlk öncə  iştirakçılar Ulu Öndərimizin Heydər Parkında ucaldılmış abidəsini ziyarət etdilər, heykəlin önünə  gül-çiçək dəstələri düzdülər.
Tədbir Yeni Azərbaycan Partiyasının yaradılmasına həsr edilmiş filmin nümayişi ilə başladı. Filmin nümayişindən sonra tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Yeni Azərbaycan Partiyasının  22   ildə keçdiyi şərəfli yoldan ətraflı bəhs etdi. O qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının təsis olunması ölkə tarixinin mühüm səhifələrindən biridir. Sonra natiq Yeni Azərbaycan Partiyasının yaranmasında Ulu Öndərimiz Heydər Əliyevin rolundan ətraflı danışdı.
Sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov YAP-ın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, onun yaradıcısı, Ulu öndərimiz Heydər Əliyevin xilaskarlıq missiyasından, partiyanın cəmiyyətdəki rolundan, rayon təşkilatının fəaliyyətindən ətraflı bəhs edərək,qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurlar və qazandığı nailiyyətlər bu partiyanın tərkib hissəsindən biri olan Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında da öz əksini tapmışdır.
Belə ki,  hər şeydən əvvəl Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında say tərkibinin artımı yönündə müsbət irəliləyişlər əldə edilmişdir. 1993-cü ildə rayon təşkilatı cəmi 3 ilk ərazi partiya təşkilatı, 30 nəfər partiya üzvünü birləşdirdisə, indi hal-hazırda 74 ilk partiya təşkilatı öz ətrafında 5019 partiya üzvünü birləşdirir. Onlardan 1368  nəfəri təhsildə, 340 nəfəri səhiyyədə, 300  nəfəri mədəniyyət və başqa sahələrdə   çalışan insanlardır. Bunlardan 2871 nəfəri yəni 57.2 % qadınlar, 1843 nəfərini isə yəni 33.5 %-ni gənclər təşkil edir. Natiq sonda qeyd etdi ki, YAP Samux rayon təşkilatının bütün üzvləri qarşıdan gələn son dərəcədə mühüm hadisəni- 2014-cü il Bələdiyyə seçkilərini fəallıqla qarşılayacaq, seçkilərin yüksək səviyyədə keçirilməsində əllərindən gələni əsirgəməyəcəklər.
         Daha sonra tədbirdə çıxış edən YAP Samux rayon Təşkilatının Gənclər Birliyinin sədri Rəşad Qarayev, rayon Qadınlar Şurasının sədri Kəmalə Xəlilova və partiya  fəallarından  Günel Məmmədova və Mirzəmməd Orucov çıxış edərək  qurucusu ümummilli liderimiz H.Əliyev olan YAP-nın çox çətin sınaqlardan keçərək bu gün də ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında aparıcı qüvvə olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdılar.
Tədbirin sonunda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi və partiyanın işində fəallıq göstrərən 6  nəfər partiya üzvünə Fəxri Fərman və gül dəstələri təqdim edildi.

Keçidlər