Şriftin ölçüsü :

Saytın rəngi :

15 sentyabr 2012-ci il tarixdə “Bilik Günü” munasibəti ilə Samux rayonunun ümumtəhsil məktəblərində tədbirlər keçirilmişdir

16 sentyabr 2012 | 15:00

15 sentyabr 2012-ci il tarixində rayonun bütün imumtəhsil məktəblərində ənənəvi olaraq Bilik günü münasibəti ilə tədbirlər keçirilmişdir. 2012-2013-cü tədris ilində Samux rayonunda yeni tikintisi aparılan 6 məktəb binasından üçü istifadəyə verilmişdir.
Samux şəhər 2 saylı, Poylu və Salahlı kənd tam orta məktəblərinin yeni binalarının açılışı olmuşdur. Açılış mərasimində Samux rayon İcra hakimiyyətinin başçısı cənab Alı Qocayev, müəllimlər, valideynlər, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Samux şəhər 2 saylı tam orta məktəbin açılışında məktəbin direktoru Əminə Cəfərova tədbiri acaraq çıxışında hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən bu yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həm öz adından , həm də məktəbin müəllim və şagird kollektivi adından dərin minnətdarlıqlarını bildirdi, məktəbin tarix müəllimi Aidə Namazovada öz çıxışında təhsilə göstərilən yüksək qayğını qeyd edərək minnətdarlıqlarını bildirdi və yaradılmış geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli, savadlı gənclər yetişdirəcəklərini qeyd etdi.
Rayon Təhsil şöbəsinin müdiri Gülağa Hüseynov çıxışında 15 Sentyabr – Bilik günü münasibəti ilə müəllim və şagird kollektivini təbrik edərk, yeni başlanan dərs ilində onlara uğurlar və nailiyyətlər arzuladı.
Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev nitqində müəllim və şagirdləri 15 – sentyabr “Bilik Günü” və yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edərək, onlara yeni nəaliyyətlər və uğurlar arzulamışdır. Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıının nəticəsində ölkəmizdə yeni məktəb və əlavə məktəb korpusları tikilmiş, həmçinin təhsil müəssisələrinin əsaslı təmiri və bərpası, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Heydər Əliyev Fondunun prezidenti, Millət vəkili Mehriban xanım Əliyeva da bu prosesdə yaxından iştirak etmişdir. Belə ki, Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın müxtəlif bölgələrində yeni məktəb binalarının inşa edildiyini, bu qayğının Samux rayonunu da geniş əhatə etdiyini vurğuladı. Son 9 ildə rayonda 12 yeni məktəb binası tikilmiş və üç yeni məktəb binasınin tikintisi aparılır. Bu gün açlışı təntənəli şəkildə qeyd olunan 360 yerlik bu məktəblə birgə, rayonun Gürcüstanla sərhəd bölgəsində yerləşən Poylu və Salahlı kəndlərində də hər biri 180 şagird yerlik iki yeni məktəb binasınının istifadəyə verilməsini xüsusi vurğuladı. Binaların müasir tələblərə cavab verən idman və akt zalı, istilik sistemi və tam yeni avadanlıqlarla təmin olunduğunu qeyd etdi.
15 sentyabr 2012-ci il tarixdə rayonun Poylu kəndində 180 şagird yerlik tam orta məktəbin açılışında çıxış edən məktəbin direktoru Bəxtiyar Məmmədov və kənd ağsaqqalı Mətləb Hüseynov bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirdilər. Bilik günü münasibəti ilə Salahlı kəndində də 180 şagird yerlik ümumi orta məktəbin açılışı olmuşdur. Tədbirdə məktəbin direktoru Zeynal Orucov, kənd ağsaqqalı Yusifov Kofta Mahmud oğlu. yaradılmış şəraitə görə ölkə başçısına təşəkkürlərini bildirdilər.
Açılışlarda rayon İcra hakimiyyətinin başçısı cənab Alı Qocayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman təhsilin inkişafını diqqət mərkəzində saxladığını, ölkəmizdə və rayonumuzda son illərdə təhsil sahəsində aparılmış tikinti və quruculuq işlərini xüsusi vurğulayaraq. Yeni məktəbin tikintisi və yeni dərs ilinin başlanması münasibəti ilə məktəb kollektivlərini təbrik etmişdir.
 

Keçidlər