Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 17 noyabr-Milli Dirçəliş günü münasibəti ilə “Qüdrətli Azərbaycan” adlı bilik yarışı keçirilmişdir.

17 noyabr 2014 | 16:00

Samux rayon Heydər Əliyev Mərkəzinin  təşşəbbüsü ilə məktəblilər üçün  17 Noyabr Dirçəliş  günü “Qüdrətli Azərbaycan” adlı məktəblilər arası Bilik yarışı keçirildi. Yarışda Samux rayonunun müxtəlif ümumtəhsil məktəblərinin  istedadlı şagirdləri də daxil olmaqla ümumilikdə  12 komanda iştirak edirdi.Tədbiri giriş sözü ilə açan Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə bu şərəfli günün tarixi ilə bağlı öz fikirlərini bildirdi. Tədbirdə digər idarə və təşkilatların rəhbərləridə  iştirak edirdi.Daha sonra yarışda istedadlı məktəblilərin  intellektual bilik səviyyəsi nəzərə alınmaqla birinci ikinci ve ücüncü yerler müəyyənləşdirilib. 1-ci yerin qalibi Qovlarsarı kənd orta məktəbinin komandası oldu. Qalib komanda kubok və diplomla, 2 və 3-cü yerlər diplomlarla, digər komandalar isə fəal iştiraka görə diplomlarla mükafatlandırıldı.

Keçidlər