Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Əhmədbəyli kəndində səyyar-görüşü keçirilmişdir.

18 noyabr 2014 | 16:00

18.11.2014-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayevin səyyari görüşü rayonun Əhmədbəyli kəndində keçirildi.
Səyyari görüşdə  İcra Hakimiyyəti başçısının müavinləri,icra aparatının şöbə müdirləri,hüquq-mühafizə orqanlarının,idarə,müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Kənddə görülmüş işlər və sakinləri narahat edən məsələlər və problemlər haqqında məlumatı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Ayaz Şükürov verdi. Sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu. Belə ki, sakinləri narahat edən bəzi problemlər barədə bir neçə nəfərin çıxışları və təklifləri dinlənildi.
1. Hüseynova Nənəxanım Ələddin qızı kəndə gedən yolun istiqamətinin dəyişdirilən hissəsinin asfaltlaşdırılması təklifini irəli sürdü.
2. İsgəndərov Xaləddin Şəmil oğlu öz çıxışında Əhmədbəyli kənd orta məktəbinə milli qəhrəman Eltun İsgəndərovun adının verilməsini xahiş etdi.
3. Abdullayev Faiq Sabir oğlu çıxış edərək yeni yaşayış massivinə qaz xəttinin çəkilməsi təklifini irəli sürdü.
4. Əliyev Nizaməddin Ələddin oğlu yeni yaşayış massivindəki küçənin yoluna qum-çınqıl verilib hamarlanmasını xahiş etdi.
5. Bayramov Teyyub İbrahim oğlu isə öz çıxışında kəndin küçələrindəki su krandlarının yenidən bərpası təklifini irəli sürdü.
Səyyar qəbulu yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev qəsəbə sakinləri  tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər