Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Heydər Əliyev Mərkəzi 12 Noyabr Konstitusiya gününə həsr edilmiş “Mənim Konstitusiyam-Mənim Hüququm”adlı gənclər üçün hüquq təlimi təşkil etdi.

12 noyabr 2014 | 16:00

Təlimdə Samux Rayon Gənclər və İdman İdarəsinin sədr müavini Eynur Fərmanlı, Gənclər üçün Təhsil Mərkəzi Qərb Regional Ofisinin İdarə heyətinin üzvü Xəzanə Orucova, rayonun digər idarə və müəssisə nümayəndələri,  müxtəlif ümumtəhsil məktəblərinin  istedadlı şagirdləri də daxil olmaqla ümumilikdə 40 nəfər iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə bu şərəfli günün tarixi ilə bağlı öz fikirlərini bildirərək iştirakçıları təbrik etdi. Daha sonra təlim istedadlı məktəblilərin məruzələri  və qrup formasında hüquqi qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirildi.  Sonda  iştirakçıların təqdimatında təhsil, ailə hüququ ilə bağlı kiçik tamaşalar təqdim edildi.

Keçidlər