Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Tsuquo Takahaşi Samux rayonuna səfər etmişdir.

08 noyabr 2014 | 16:00

06.11.2014-cü il tarixdə Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Tsuqou  Takahaşi Samux rayonuna səfər etmişdir. Səfirin rayona səfərinin məqsədi “İcma Səviyyəli Layihələr və İnsan Təhlükəsizliyi Qrant Yardım Proqramı”çərçivəsində  Samux rayonu Qovlarsarı kənd tibb məntəqəsinin tikilməsi adlı Qrant layihə və imzalanma mərasimini həyata keçirməkdən ibarət idi. Cənab Tsuqou Takahaşinin  RİH-nin inzibati binasının qarşısında səmimi dostluq şəraitində qarşılanma mərasimi oldu. Səfər çərçıvəsində Samux RİH-nin başçısı cənab Alı Qocayev rayonda gedən abadlıq və quruculuq işlərindən söhbət açdı. Daha sonra imzalanma mərasimi başladı. Giriş sözü olaraq mərasimi “Gənc Liderlər Təhsil,Təlim və İnkişaf” birliyinin sədri Səbinə Ələkbərova açdı. Sonra Samux şəhər İH-nin başçısı cənab Alı Qocayev çıxış etdi. O, çıxışında Yaponiya və Azərbaycan respublikaları arasında sosial-iqtisadi,mədəniyyət və daima dostluğun olacağını vurğuladı. Mərasimin sonunda Samux Rayon Xəstəxanasının baş həkimi İlham Həsənov çıxış edərək Yaponiya səfirliyinə rayonun səhiyyəsinə olan diqqətinə görə öz minnətdarlığını bildirdi.  Mərasimdən sonra xatirə olaraq RİH-nin başçısı cənab Alı Qocayev səfirə hədiyyə verdi. Daha sonra şəkillər çəkildi. Səfir ona göstərilən qonaqpərvərliyə görə Samux RİH-nin başçısı cənab Alı Qocayevə öz təşəkkürünü bildirdi.

Keçidlər