Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Qarayeri qəsəbəsində səyyar-görüşü keçirilmişdir

01 noyabr 2014 | 16:00

01.11.2014-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayevin səyyari görüşü rayonun Qarayeri qəsəbəsində keçirildi.
Səyyari görüşdə  İcra Hakimiyyəti başçısının müavinləri,icra aparatının şöbə müdirləri,hüquq-mühafizə orqanlarının,idarə,müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Qəsəbədə görülmüş işlər və sakinləri narahat edən məsələlər və problemlər haqqında məlumatı qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Məftun Yusifov verdi. Sonra qəsəbə sakinləri tərəfindən çıxışlar və təkliflər oldu. Belə ki, sakinləri narahat edən bəzi problemlər barədə bir neçə nəfərin çıxışları və təklifləri dinlənildi.
1. Məmmədova Mahirə Əmir qızı çıxış edərək elektrik dirəyinin dəyişdirilməsini xahiş etdi.
2. Qasımova Mənsurə Fəxrəddin qızı Qarayeri 2 saylı tam orta məktəbə istilik sisteminin quraşdırılması təklifini irəli sürdü.
3. Əliyeva Sevil Novruz qızı yeni yaşayış massivinə qaz xəttinin çəkilməsini xahiş etdi.
4. Həsənova Günel Sabir qızı öz çıxışında avtobusların qrafik üzrə işləməsi təklifini irəli sürdü.
5. Əliyeva Bəsdi Novruz qızı isə təklif etdi ki, Qarayeri 1 saylı tam orta məktəbə əlavə korpus tikilsin.
Səyyar qəbulu yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev qəsəbə sakinləri  tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər